7 C
Baku
Wednesday, November 6, 2024

Kapital Bank POS terminal istifadəçilərinə qeyri-bank məhsulları üzrə yeni fürsətlər təqdim edir

®Kapital Bank sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə bankın POS terminal istifadəçilərinə bir sıra güzəşt və fürsətlər təqdim edir. Bunu etməklə Kapital Bank, hər zaman sahibkarları dəstəklədiyini, asan olmayan vəziyyətdə onlara optimal şərtlər təqdim etdiyini və qeyri-bank məhsullarının çeşidini genişləndirdiyini nümayiş etdirir.

Şərtlərə görə, Kapital Bank-ın POS terminal xidmətindən istifadə edən sahibkarlar üçün bir sıra qeyri-bank məhsullarına endirimlər təqdim olunur. Belə ki, smart kassa, e-commerce üçün sayt və mobil tətbiqlərin yaradılması, daxili sistemlərin idarə edilməsi və smart kassaya inteqrasiyası, məhsulların kuryerlə çatdırılması, sığorta, SMS reklam və şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi kimi xidmətlər, Kapital Bank-la əməkdaşlıq edən sahibkarlara vendorlar tərəfindən xüsusi endirimli tariflərlə həyata keçirilir. 

Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255 01 96, (+99 451) 206 52 49 qaynar xəttinə müraciət edə bilərlər. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər