Kibercinayətkarlar Kapital Bank-ın 140 min müştərilərisinin hesabına müdaxilələr etməyə cəhd edib və bu, 200 min əməliyyatı əhatə edir.
Banker.az xəbər verir ki, bu barədə Kapital Bankın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Cavid Mirzəyev mətbuat konfransında bildirib.
C.Mirzəyev qeyd edir ki, bank əməkdaşları tərəfindən həyata keçirilən preventiv tədbirlər nəticəsində həmin əməliyyatlar baş tutmayıb.
“Bu, son ildə ikiqat artımdır. Bank tərəfindən 140 min bloklanıb”, – deyə bankir əlavə edib.