27 C
Baku
Saturday, July 27, 2024

“Kapital Bank” səhmdarlara dividendlərin ödənilməsinə başlayır

Kapital Bankda 1 iyundan etibarən Bankın 18 may tarixinə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.

Bankdan Trendə verilən məlumata görə, bu barədə mayın 18-də Kapital Bank-ın Baş ofisində keçirilən Bankın Səhmdarlarının növbəti ümumi yığıncağında qəbul edilən qərara əsasən həyata keçiriləcək.

Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər