10 C
Baku
Saturday, November 23, 2024

“Kapital Bank” səhmdarlara dividend ödəyəcək

Azərbaycanda özəl bank kimi ən iri aktivlərə və eləcə də xidmət şəbəkəsinə malik “Kapital Bank” ASC-nin səhmdarlarına bölüşdürülməmiş mənfəətindən dividend ayrılacaq.

Banker.az bu barədə İdarə Heyətinin sədri Fərid Hüseynovun səhmdarlara ünvanladığı məktuba istinadən xəbər verir.

Məktubda bildirilir ki, 26 sentyabr 2024-cü il tarixdə saat 11:00-da səhmdarların Ümumi Yığıncağı keçiriləcək.

Yığıncağın məsələsinə yalnız 2023-cü ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi müzakirə ediləcək.

Kənar audit “E&Y”nin verdiyi rəyə əsasən, bank 2023-cü ildə 304 milyon manat xalis mənfəət əldə edib. Bununla da, cari ilin əvvəlinə onun kapitalında 824 milyon manat bölüşdürülməmiş mənfəət olub.

Bank son iki ildə səhmdarlara müvafiq olaraq 153 milyon və 171 milyon manat dividend ödəyib.

Bank 2024-cü ilin ilk yarısında səhmdarlara 70 mln. manat dividend ödəyib.

Xatırladaq ki, bankın səhmlərinin 99.87 faizdən çoxu “PASHA Holding” MMC-yə məxsudur.

Son xəbərlər
Digər xəbərlər