17 C
Baku
Thursday, October 10, 2024

“Kapital Bank” səhmdarlarına əlavə dividend ödəyəcək

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında baş tutub.

Yığıncaqda səhmdarlara ötən ilin mənfəətindən əlavə dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği hər səhm üçün 0,77 manat təşkil edəcək. Ödəniş gələn ilin yanvar ayında həyata keçiriləcək.

Bildirək ki, “Kapital Bank”ın səhmdarları 87.68% ilə PAŞA Holdinq, 8,14% ilə PAŞA Sığorta Şirkəti, 4,07% ilə PAŞA Həyat Sığorta Şirkəti, 0,11% ilə fiziki şəxslərdir.

Son xəbərlər
Digər xəbərlər