23 C
Baku
Wednesday, July 2, 2025

“Kapital Bank” səhmdarlarına divident verəcək

1 aprel 2020-ci il tarixində “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az Bankın elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

“Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması; bank tərəfindən 2019-cu ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər yığıncağın gündəliyinə daxil edilib.

Məlumat üçün bildirək ki, bankın 1 yanvar 2020-ci il tarixinə 163,32 milyon manat balansında olan bölüşdürülməmiş mənfəəti var.

“Kapital Bank”ın 225,85 milyonluq səhm kapitalının 99,87%-i  “PAŞA Holdinq” MMC-yə, 0,13%-i fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər