13 C
Baku
Friday, April 26, 2024

Kapital Bank şənbə günlərində də işləyəcək

Kapital Bankın filiallarında iş rejimi dəyişdirilib. Bankın filialları bu həftədən etibarən şənbə günlərində də işləyəcək.

Bundan sonra müştərilər şənbə günlərində də Kapital Bankın xidmət məntəqələrində aşağıdakı xidmət və məhsullardan istifadə edə bilərlər:

– Kommunal ödənişlərin qəbulu;
– Təcili pul köçürmələri;
– Mobil rabitə xidmətləri üzrə ödənişlərin qəbulu;
– Dövlət rüsumlarının ödənişi;
– Gündəlik tələbat kreditlərinin verilməsi;
– Nağd pul kreditlərinin verilməsi;
– Kreditlər üzrə ödənişlərin qəbulu;
– Əmanətlərin qəbulu.

Şənbə günlərində Kapital Bankın xidmət məntəqələrinin iş qrafiki fasiləsiz olaraq saat 10.00-dan 14.00-a qədər müəyyən edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər