3 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank” sahibkarlar üçün ayrıca tətbiq hazırlayır

“Gözlənilən yeniliklərə misal olaraq, yaxın gələcəkdə, sahibkarlar üçün nəzərdə tutulan mobil tətbiqinin istifadəyə verilməsi də planlaşdırılır. Yeni tətbiq sahibkarlara hesabları üzrə əməliyyatların icrası və izlənilməsini smartfonlarından idarə etmək imkanı verəcəkdir”.

Banker.az bildirir ki, bunu “Kapital Bank” Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə müsahibəsi zamanı “gələcəkdə sahibkarları hansı yeniləklər gözləyir?” sualına cavabında deyib.

F.Hidayətzadə deyir ki, istifadəyə verilməsi planlaşdırılan yeniliklər sırasında, yeni biznes kartın, həmçinin onlayn mühasibatlıq imkanının yaradılmasını qeyd edə bilərəm.

“Bir sözlə, əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır”, – deyə bankir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər