Ölkənin ən iri xidmət şəbəkəsinə sahib “Kapital Bank” ASC-nin işçi sayı 5 mini keçib.
Banker.az bunu əldə etdiyi məlumata istinad edir.
Bankın işçi sayı son bir ildə 1285 və ya 34% artaraq 1 iyul 2023-cü il tarixinə 5 027 nəfəri ötüb və bu say bankın tarixində rekorddur.
Bankın işçi sayı 1 iyul 2022-cü ildə 3 742 nəfər idi.
Qeyd edək ki, 2022-ci ilin ilk yarısında bank əmək haqqına 88.29 mln. manat xərcləmişdirsə, cari ilin eyni dövrünə artaraq 103.5 mln. manat olub.