13 C
Baku
Friday, November 22, 2024

“Kapital Bank” üç rübə 1.06 mlrd. manat gəlir, 166.07 mln. manat xalis mənfəət əldə etdi

“Kapital Bank” ASC 2024-cü ilin ilk üç rübündə 1 mlrd. 57.09 mln. manat gəlirə qarşı 166.07 mln. manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, hesabat müddətində faiz gəlirləri 20% artaraq 615.05 milyon manat olub, 2023-cü ilin müvafiq dövründə bu göstərici 512.39 milyon manat təşkil edirdi. Artımın əsas hissəsi müştərilərə verilən kreditlərdən əldə edilən faiz gəlirlərindəki 30% artım ilə bağlıdır ki, bu da 505.33 milyon manat təşkil edib, halbuki keçən il bu rəqəm 390.07 milyon manat idi.

Qeyri-faiz gəlirləri 33.5% artaraq 442.04 milyon manata, qeyri-faiz xərcləri isə illik 27.6% artaraq 569.74 milyon manata çatıb.

Bank hesabat müddəti ərzində 54.09 mln. manat mənfəət vergisi ödəyib.3243244234

Son xəbərlər
Digər xəbərlər