15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Kapital Bank üçüncü rübü mənfəət ilə başa vurdu

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin üçüncü rübünü Kapital Bank 245 milyon 650 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 99 milyon 654 min manat olub. Belə ki, illik müqayisədə “Kapital Bank”ın mənfəəti 145 milyon 996 min manat və yaxud 2.5 dəfə artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin 9 ayında “Kapital Bank”ın faiz gəlirləri 326 milyon 103 min manat (11% artım), qeyri-faiz gəlirləri 154 milyon 21 min manat (36% artım), faiz xərcləri 36 milyon 935 min manat (23.5% azalma), qeyri-faiz xərcləri isə 192 milyon 327 min manat(28% artım) olub.

BANKIN BÖYÜKLÜYÜ 5 MİLYARD MANATI AŞIB

Ötən ilin analoji dövrüylə müqayisədə Kapital Bankın cəmi aktivləri 1 milyard 33 milyon 19 min manat və ya 26% artaraq 30 sentyabr 2020-ci il tarixində 5 milyard 40 milyon 567 min manata çatıb. 2019-cu ilin 3-ci rübünün sonunda Kapital Bank 4 milyard 7 milyon 548 min manat cəmi aktivlərə malik idi.

KREDİTLƏR VƏ DEPOZİTLƏR ARTIB

Son 1 ildə Bankın kredit portfeli (müştərilərə verilən kreditlər) 488 milyon 818 min manat və ya 28.4% artaraq 2 milyard 210 milyon 329 min manata yüksəlib.

Kapital Bankda depozitlər isə 530 milyon 955 min manat və ya 17% artaraq 3 milyard 724 milyon 512 min manata çatıb.

30 sentyabr 2020-ci il tarixində Kapital Bank 582 milyon 203 min manat məcmu kapitala malik olub.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər