2 C
Baku
Saturday, December 14, 2024

Kapital Bank və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı uşaqların arzularını gerçəkləşdirir

®Ölkənin birinci bankı Kapital Bank 15 sentyabr Bilik Günü münasibətilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramına dəstək olub. Əməkdaşlıq nəticəsində Balakən rayonundan olan və arzularını məktubla asanmektub.az saytına yerləşdirən 35 uşağın arzuları reallaşdırılacaq.

Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran Kapital Bank-ın bu əməkdaşlıqda məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Son xəbərlər
Digər xəbərlər