15 C
Baku
Saturday, April 20, 2024

Kapital Bank və Cubics Technology yeni qeyri-bank xidmət sahəsinin açılmasına dair razılığa gəldilər

Ölkənin ən innovasiyalı şirkəti ilə tərəfdaşlıqda, Kapital Bank elektron ticarət və digər rəqəmsal imkanlarını genişləndirir və tam yeni səviyyəyə çıxarır.

Kapital Bank hər zaman zamanla ayaqlaşmağa və müştərilərin biznesinin inkişafını dəstəkləməyə çalışır. Dəstək üsullarından biri Azərbaycanda biznesin rəqəmsallaşdırılması üçün innovasiya həlləri sahəsində aparıcı şirkət olan Cubics Technology ilə strateji tərəfdaşlıq çərçivəsində qeyri-bank xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Bu tərəfdaşlıq Kapital Bank-ın hazırkı və potensial müştərilərinə biznesin daha səmərəli və məqsədəuyğun inkişafına yönəldilmiş Cubics Technology-nin eksklüziv məhsullarından istifadə etməyə imkan verir.

Şirkətlərin tərəfdaşlığı aşağıdakı xidmətləri ehtiva edir:

  • Brandonline – Veb, Android və iOS əməliyyat sistemlərinin əsasında mobil tətbiqlər formatında onlayn mağazanın yaradılması üçün peşəkar həll
  • Bot.az – müştərilərlə asan şəkildə əlaqə qurmaq üçün çat-bot xidməti
  • Cubics CRM – şirkət daxilində biznes proseslərinin və müştəri bazasının idarəetməsi üçün bulud həlli

Yeni əməkdaşlıq sayəsində Kapital Bank-ın müştəriləri üçün Cubics şirkətinin təqdim etdiyi bu xidmətlərə əhəmiyyətli endirimlər əldə etmək imkanı yaranır.

Brandonline texnologiyası və Cubics şirkətinin digər məhsulları haqqında daha ətraflı məlumatla aşağıdakı linkə keçid alaraq tanış ola bilərsiniz: www.cubics.technology

 

Son xəbərlər
Digər xəbərlər