Astarada ödəmə terminallarından oğurluq edilib.
Banker.az xəbər verir ki, Vaqo kənd sakini Mayis Nəsrulla oğlu Caniyevə məxsus “Əli” marketdə quraşdırılan “Milli Ön” və “Kapital Bank” ödəmə terminallarından oğurluq olub.
Terminalların kassa hissəsi sökülərək içərisində olan pullar qarət olunub. Terminal aparatlarının özləri isə anbarda aşkar olunub.