“Kapital Bank” ASC 2019-cu il ərzində cəmi aktivlərini 11,5% böyütməklə 4,14 milyard manat çatdırıb.
Banker.az bu barədə bankın 2019-cu il üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Bankın aktivlərinin 1,82 milyard manatı müştərilərə verdiyi kreditlər olmuşdur. Bu kreditlərin isə 1,33 milyard manatı istehlak kreditləri, 433,89 milyon manatı biznes və 52,54 milyon manatı isə daşınmaz əmlaka verdiyi kreditlərdir.
“Kapital Bank” ötən ilin əvvəli ilə müqayisədə sonunda cəmi öhdəliklərini 11% böyütməklə 3,78 milyard manata çatdırıb. Öhdəliklərinin 3,23 milyard manatı müştərilərdən cəlb etdiyi əmanətlərdir.
Hazırda depozit portfelinin 985,15 milyon manatı fiziki şəxslərdən 2,25 milyard manatı isə şirkətlərdən cəlb etdiyi əmanətlərdir.
Bankın faiz gəlirləri il üzrə 400,96 milyon manat təşkil edib ki, bu öncəki illə müqayisədə 25%-lik artıma nail olması anlamına gəlir. Kommersiya bankı 63,37 milyon manatlıq faiz xərci, 170,34 milyon manatlıq qeyri-faiz gəliri və 209,8 milyon manatlıq faiz xərci edib ki, nəticədə 134,71 milyon manatlıq xalis mənfəət əldə etməsi deməkdir. Bu da bankın tarixi rekord rəqəmdə mənfəət etməsi deməkdir. Fakt kimi qeyd etməliyik ki, bankın 2018-ci il üzrə xalis mənfəəti 98,05 milyon manat təşkil edirdi.
Bu xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəətinin həcmi il ərzində 120,24 milyon manatdan, 163,32 milyon manata qədər artmasına gətirib çıxarıb.