Kapital Bank müştərilər üçün yeni bir imkan yaradıb. Bankın təqdim etdiyi “Kartdan-karta” xidməti vasitəsilə, indi nəinki Azərbaycan daxilində, hətta ölkələr arasında da pul köçürmələri aparmaq mümkündür.
Kapital Bankın “Visa” və “MasterCard” ödəniş kartlarının sahibləri indi sadəcə bankomatdan istifadə etməklə aşağıda göstərilən ölkələrin emissiya etdiyi kartlara vəsait göndərə bilərlər.
MasterCard ödəniş kartları ilə: Azərbaycan, Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Kipr, Moldova, Ukrayna, Çexiya, Çernoqoriya, Gürcüstan.
VİSA ödəniş kartları ilə: Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Rusiya.