“Kapital Bank” yaxın günlərdə “Sədərək” ticarət mərkəzində filialını açır

0

Azərbaycanın ikinci böyük özəl bankı “Kapital Bank” sədərək ticarət mərkəzində filialını açacaq.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bunu “Kapital Bank”ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib. 

 

“Bizimlə işləmək istəyən sahibkarlar bankın istənilən filialına müraciət edə bilər. Lakin bundan başqa “Gənclik”, “Xətai”, “Səbail”, “Nəsimi”, “28 may” filialları nəzdində KOS biznes mərkəzlərimiz fəaliyyət göstərir. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda sahibkarların daha çox cəmləşdiyi böyük məkanda, daha konkret desək, “Binə” ticarət mərkəzində yeni şöbəmiz fəaliyyətə başlayıb. Yaxın günlərdə isə “Sədərək” ticarət mərkəzində də yeni filialımızın açılışı baş tutacaq. Bu filialları açmaqda məqsədimiz sahibkarlara vahid bir mərkəzdə – “bir pəncərə” metodu ilə xidmət göstərməkdir. Hazırda ənənəvi bank məsulları ilə yanaşı, qanunvericiliklə bağlı hüquqi konsultasıya kimi sahibkarları maarifləndirmə istiqamətində də tədbirlər keçirilməkdədir”,- Fərid Hidayətzadə  əlavə edib.