“Kapital Bank” yeni səhm paketi emissiya edib

“Kapital Bank” ASC-nin yeni adi sənədli imtiyazlı səhmi maliyyə bazarına nəzarət orqanı Mərkəzi Bank tərəfindən qeydiyyata alınıb.

Banker.az xəbər verir ki, bankın bu imtiyazlı səhm paketinin sayı  1 614 205 ədəd təşkil edəcək.

Bu səhmlərin hər birinin nominal dəyəri 12.39 manat təşkil edilir.

Bununla da “Kapital Bank”ın 4 842 615 manat nizamnamə kapitalına əlavə vəsait yatıracağı məlum olub.

Xatırladaq ki, nizamnamə kapitalı 245 849 999.85 (245.85 mln. manat) olan bankın səhmlərinə 87.68%-i Paşa Holdinq, 8.14% -i Paşa Sığorta Şirkəti, 4.07% -i Paşa Həyat Sığorta Şirkəti və 0,11% -i fiziki şəxslərə məxsusdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.