“Kapital Bank”a 9 aydır ki, gəlmişdi, indi daha yüksək vəzifədə “Muğanbank”a qayıdır

Elnur Abbasov, bankir

2019-cu ilin martında “Muğanbank” ASC-dən “Kapital Bank” ASC-nin Filial Şəbəkəsinin İdarəedilməsi Departamentində yeni direktor müavini kimi gedən Elnur Abbasov yenidən əvvəlki iş yerinə qayıdıb.

Bu barədə Banker.az-a banklara yaxın mənbə bildirir.

E.Abbasov “Muğanbank”dan gedərkən Pərakəndə bankçılıq və beynəlxalq maliyyə instutları ilə iş departamentində menecer vəzifəsində çalışırdı.

O, 9 aydan sonra Baş direktor kimi “Muğanbank”a qayıdıb.

Bununla bağlı Banker.az redaksiyası artıq martda bir dəfə məlumat dərc edib.

E.Abbasov 2002-ci ildən adıçəkilən kommersiya bankında çalışır.

Həmçinin, 2012-2014-cü illərdə Azərbaycan Mikro-Maliyyə Assosiasiyasında İdarə Heyəti üzvi olub.


Sabir Mirzəyev


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları