10 C
Baku
Friday, December 13, 2024

Kapital Banka kredit borcu ödənişləri indi MilliÖN-də

Kapital Bank MilliÖN ödəniş sisteminə qoşuldu. Bankın müştəriləri aylıq kredit borclarını indi MilliÖN köşkləri vasitəsilə də ödəyə bilərlər. Bunun üçün sadəcə MilliÖN köşkündəki “Bank xidmətləri” bölməsində “Kapital Bank” adını seçmək lazımdır. Müştəri kodunu müvafiq xanalarda göstərir, zəruri məbləği daxil edib, çek alır. Ödəniş real vaxt rejimində yerinə yetirilir və buna görə müştəridən komissiya haqqı tutulmur. 

Xatırladaq ki, Kapital Banka kredit borcu ödənişlərini Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə də online rejimində həyata keçirmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər