25 C
Baku
Saturday, July 27, 2024

“Kapital Bank”a silahlı basqın olub

“Kapital Bank” ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir  nəfər silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Mühafizəçi bıçaq və güllə yarası alıb.

Məlumata görə, şübhəli şəxs məqsədinə çatmayıb və bankdan heç nə götürməyərək ərazindən uzaqlaşıb.

Abşeron  Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.

Son əlavə:

Məlumata görə, cinayəti törədən şəxs qaçarkən saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər