12 C
Baku
Monday, November 25, 2024

“Kapital Bank”da ilk üç rübə 182 milyon manat xalis mənfəət

“Kapital Bank” ASC 2023-cü ilin ilk üç rübündə 182 milyon manat xalis mənfəət əldə edib. 2022-ci ilin analoji dövründə bank 210.61 mln. manat xalis mənfəət əldə etmişdi.

Banker.az bu barədə bankın rüblük maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, bankın faiz gəlirləri illik müqayisədə 15 faiz artaraq 512.39 mln. manata, faiz xərcləri 27 faiz artaraq 77.98 mln. manata, qeyri-faiz gəlirləri 15 faiz artaraq 331.14 mln. manata və qeyri-faiz xərcləri isə 35 faiz artaraq 446.9 milyon manata yüksəlib.

Bankın əməliyyat mənfəəti 315.65 mln. manat təşkil edib.

Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəəti 528.73 mln. manata yüksəlib.

Bankın aktivlərinin həcmi tarixi maksimum olan 8 milyard 459.4 milyon manat olub ki, illik 9.5 faiz arıtmış olub.

Öhdəliklərin həcmi isə 7 milyard 605.5 milyon manat olmaqla illik 8.5 faiz artım olub.

32131231232

Son xəbərlər
Digər xəbərlər