Respublikada ən böyük xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC-nin departamentlərindən birinə təyinat olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, Qara Əbdülrəhmanov bankın Korporativ bankçılıq departamentinin direktoru təyin edilib.
Q.Əbdülrəhmanov yeni vəzifəsinin icrasına 2021-ci ilin yanvarından start verib.
O, 2019-cu ilin sentyabrından ötən ilin sonuna qədər bu bankda direktor müavini kimi çalışmışdı.
Daha əvvəl isə “PAŞA Bank” ASC-də qrup rəhbəri kimi çalışıb.