20 C
Baku
Thursday, October 23, 2025

“Kapital Bank”da yeni təyinat olub

“Kapital Bank” ASC-da Təlim və inkişaf şöbəsinin rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, bu İlham Yusifovdur. İ.Yusifov bu vəzifəyə 2020-ci ilin noyabrından başlayıb. Bu vəzifə iyuldan bu tərəfə vakant idi. Belə ki, bu vəzifədə bundan öncə Mehman Heydərov çalışırdı. M.Heydərov SOCAR-AQS-ə təyinat almışdı.

İlham Yusifov, buna qədər isə Böyük Britaniyanın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən “British Council” beynəlxalq təşkilatında çalışırdı.

O, ilk olaraq Təhsil inzibatçısı (2013-2016), Layihə meneceri (2016-2018) və son vəzifəsi isə Regional proqram koordinatoru idi (2018-2020).

Son xəbərlər
Digər xəbərlər