“Kapital Bank” ASC-nin 1 aprel 2020-ci il tarixində, saat 11:00-da Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E ünvanında yerləşən “Kapital Bank” ASC-nin ofisində səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, gündəlikləki məsələlərə aşağıdakılar daxildir:
- “Kapital Bank” ASC-nin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi
- “Kapital Bank” ASC tərəfindən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında
- 2021-2023-cü il üçün strateji baxış, missiya bəyanatı, o cümlədən onun əsasında strateji plan layihəsi haqqında
- “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə Müşahidə Şurasının üzvü seçilməsi haqqında