-3 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank”ın $30 milyonluq istiqrazları hərraca çıxarıldı

26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30 000 000 ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 27 avqust 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 29 gün ərzində “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 26 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.

Qeyd: İstiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır.

Subordinasiya borc öhdəlikləri – emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2013005155

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

İstiqrazın sayı

300,000 (ədəd)

İlkin ticarət qiyməti

100 ABŞ dolları

Buraxılış həcmi

30,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

7%

Ödəmə Periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

7 il

Anderrayter

“PAŞA Kapital  İ.Ş” QSC

Ticarətə buraxılma tarixi

26.09.2024

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Son xəbərlər
Digər xəbərlər