26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“Kapital Bank” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2013005155 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
|
İstiqrazın sayı |
300,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 ABŞ dolları |
|
Buraxılış həcmi |
30,000,000 ABŞ dolları |
|
İllik gəlirlilik faizi |
7% |
|
Ödəmə Periodu |
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir |
|
Tədavül müddəti |
7 il |
|
Hərrac qiyməti |
100 ABŞ dolları |
|
Reallaşdırılmış həcm |
30,000,000 ABŞ dolları |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
30,000,000 ABŞ dolları |
|
İnvestor sayı |
161 |
|
Sifariş sayı |
171 |
|
İstiqrazların ödəmə tarixi |
26.09.2031 |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |







