10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Kapital Bank”ın aktivləri rekord yenilədi, 5.5 milyardı ötdü

Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik “Kapital Bank” ASC aktivlərinin həcmini 5 milyard 588 milyon manata çatdırmaqla tarixi rekord yenilədi.

Banker.az xəbər verir ki, bu barədə 1 aprel 2021-ci il tarixinə olan maliyyə hesabatında deyilir.

Bankın aktivlərinin 2 milyard 213.17 milyon manatı müştərilərə verilmiş kreditlər, 2 milyard 6.37 milyon manatı nağd vəsaitlər, 992.44 milyon manatı qiymətli kağızlar, 360.87 milyon manatı maliyyə institutlarındakı depozitlər, 60.32 milyon manatı isə əmlak təşkil etmişdir.

Bankın cəmi öhdəliklərinin həcmi 4 milyard 909.49 milyon manat olmuşdur. Öhdəliklərin 4 milyard 65.75 milyon manatı depozitlər, 349.35 milyon manatı digər maliyyə qurumlarından cəlb edilmiş öhdəliklər, 20.74 milyon manatı isə təxirə salınmış vergi öhdəlikləri olmuşdur.

GƏLİRLƏR ARTIR

2021-ci ilin ilk rübü ərzində “Kapital Bank” ASC-nin faiz gəlirlərinin həcmi 4.9% artmaqla 111.76 milyon manat, faiz xərcləri 20.5% artmaqla 15.24 milyon, qeyri-faiz gəlirləri 21% artımla 58.76 milyon manat, qeyri-faiz xərcləri isə 6.7% artımla 64.65 milyon manat təşkil etmişdir. Beləliklə, bankın əməliyyatı 90.64 milyon manat xalis mənfəət etmiş, buradan da 21.2 milyon manat mümkün zərərlər üçün məqsədli ehtiyat yaradılıb. Buradan da 13.91 milyon manat mənfəət vergisi ödəyib və nəticədə 55.35 milyon manat xalis mənfəət əldə edib.

Bu xalis mənfəətdən sonra ilin birinci rübündə “Kapital Bank”ın balansında bölüşdürülməmiş mənfəətin həcmi 397.94 milyon manata qədər yüksəlib.

wq4e23 43242

Son xəbərlər
Oxşar xəbərlər