6 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank”ın audit hesabatı açıqlandı: Ötən il 240 mln. manat xalis mənfəət edib

“Kapital Bank” ASC-nin 2021-ci il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlandı.

Banker.az xəbər verir ki, rəyi dünyaca məşhur olan “Ernst&Young” audit şirkəti verib.

Bildirilir ki, ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankın cəmi aktivləri 6 761 milyon manat təşkil edib. Aktivlərin 2 608 milyon manatı nağd vəsaitlər, 2 509 milyon manatı müştərilərə verilən kreditlər, 1 134 milyon manatı investisiya qiymətli kağızlar və s.-dən təşkil edilir.

Bankın kredit portfelinin böyük hissəsini istehlak kreditləri təşkil edib:
23232323323

İllərdir maliyyə nəticələrini kifayət qədər gücləndirən bankın 2021-ci il ərzində depozit portfelini 4 015 milyon manatdan 5 329 milyon manata çatdırıb. Fiziki şəxslərin depozitlərinin 729.96 milyon manatı (2020: 761.29 mln. manat) cari hesablar və 547.7 milyon manatı (475.18 mln. manat) isə müddətli depozitlər təşkil edir.

Bankda hüquqi şəxslərin cari hesabları hesabat ilində 2 560.33 mln. manatdan 3 780.15 mln. manata, müddətli əmanəti isə 218.5 mln.-dan 270.71 mln. manata yüksəlib.

İl üzrə 240 mln. manatlıq mənfəət

2021-ci ildə “Kapital Bank”ın xalis mənfəəti 240.46 milyon manat təşkil edib. Bu xalis mənfəətdən sonra bankın balansında bölüşdürülməmiş mənfəətin həcmi 512.9 milyon manata çatıb. Nəzərə alsaq ki, bankın nizamnamə kapitalı 245.85 milyon manatdır – hazırkı yığılmış qazanc kifayət qədər iri rəqəmdir.

Bankın səhmlərinin 99.88%-i “PASHA Holding” MMC-yə məxsudur.

2 4 11

Son xəbərlər
Digər xəbərlər