21 C
Baku
Thursday, September 19, 2024

“Kapital Bank”ın “Birbank”ı ilə səhm alıb-satmaq mümkün olacaq

Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC-nin müştəriləri də, birjaya bankın mobil tətbiqindən çıxış imkanı əldə edə biləcək.

Banker.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin yaxın zamanlarda təyin edilmiş sədri Fərid Hüseynov mediaya verdiyi müsahibəsində bildirib.

Bank sədri “Birbank-da hansı yeniliklər olacaq?” sualına cavab olaraq bildirib ki, “Birbank” istifadəçiləri “birjaya giriş, qiymətli kağızların alqı-satqısını həyata keçirmək imkanını verən investisiya modulunun tətbiqi planlaşdırılır”.

Qeyd edək ki, hazırda Azərbaycanda ABB bu funksiyanı tətbiqinə gətirib. ABB bunu “DriveWealth” LLC şirkətinin broker-dilleri vasitəsi ilə həyata keçirir. ABB-nin tətbiqi ilə yalnız ABŞ şirkətlərinin səhmlərini alıb-satmaq mümkündür.

Azərbaycanda istiqrazlar və səhmlər fiziki olaraq alışını anderraytinqlər, yəni investisiya şirkətləri vasitəsi ilə mümkün olsa da, onlayn olaraq ölkə birjasında bunu etmək mümkünsüzdür.

Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin fevralında Banker.az-a bildirmişdi ki, kapital bazarında ticarət və ticarətsonrası prosesləri əhatə edən mərkəzləşdirilmiş əməliyyat sisteminin qurulacaq. İlin ortaları üçün bu sistem hazır olmalı idi.

Son xəbərlər
Digər xəbərlər