30 iyun 2023-cü il tarixində “Kapital Bank” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyard 548 milyon manat təşkil edib.
Banker.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə “Kapital Bank”ın kredit portfeli 13% artıb.
O cümlədən, ötən ilin analoji dövrü ilə müqayisədə 2023-cü ilin ikinci rübündə Bankın istehlak kreditləri portfeli 102 milyon 94 min manat artaraq 1 milyard 927 milyon manata, biznes kreditləri portfeli 165 milyon 593 min manat artaraq 1 milyard 128 milyon manata, ipoteka kreditləri portfeli isə 143 milyon 49 min manat artaraq 492 milyon 569 min manata yüksəlib.