12 C
Baku
Saturday, November 23, 2024

“Kapital Bank”ın BOKT-sinin nizamnamə kapitalı ₼62 milyonu keçdi

“Kapital Bank” ASC-nin törəmə kredit təşkilatı “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılmaqla 62 milyon manatı keçib.

Banker.az-ın əldə etdiyi məlumata görə, son əməliyyatla “Birkart” BOKT-nin nizamnamə kapitalı 6.8 milyon manat və ya 12.3 faiz artılıb.

Bununla da, BOKT-nin nizamnamə kapitalı 55 534 100 manatdan  62 338 100 manata qaldırılıb.

“Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC 2018-ci ilin mayında “Kapital Bank” ASC tərəfindən təsis edilib.

Son xəbərlər
Digər xəbərlər