“Kapital Bank” ASC-nin törəmə maliyyə təşkilatı “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “BirKart BOKT”un nizamnamə kapitalı 4 milyon 990 milyon manata qədər artırılıb.
Bu da 710 min manat, yəni, 16.6 faiz artırılması deməkdir.
Sonuncu dəfə ötən ilin sentyabrda kapital artımına gedilmişdi. Həmin zaman BOKT-un kapitalı 2 750 min manatdan 4 280 min manata çatdırılmışdı. Bu isə son üç rübdə 81.5% BOKT-un kapitalının artımı deməkdir.
Lakin, sonuncu dəfə isə 5.5 dəfə – 0.5 milyon manatdan 2.75 milyon manata qədər ötən ilin iyul ayında artırılmışdı.
“BirKart BOKT” 2018-ci ilin mayında yaradılıb, kapitalının 100%-i “Kapital Bank”a məxsusdur.