“Kapital Bank” ASC-nin törəmə kredit təşkilatının nizamnamə kapitalı bir qədər də artırılmaqla 8 milyona çatdırıldı.
Banker.az xəbər verir ki, “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 950 000 manat, 14% artırılıb.
Bununla da “BirKart BOKT”un nizamnamə kapitalı 7 740 000 manata çatdırılıb.
Qeyd edək ki, BOKT-un nizamnamə kapitalı cari ilin yanvarında 710 000 manat (16.6%) , aprelində 1 075 000 manat (21.5%), iyulunda isə 725 000 manat (11.9%) artırılıb.
BirKart BOKT haqında
“BirKart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.
BOKT innovativ layihələri gerçəkləşdirən “Competo” MMC şirkətində pay alıb. “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.
Tarix | Artım həcmi aylarla |
Yanvar 2021 | 950 000 |
Aprel 2021 | 1 075 000 |
İyul 2021 | 725 000 |
Oktyabr 2021 | 950 000 |
2021-ci ildə artım həcmi | 3 700 000 |