“BirKart Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə maya qoyulur.
Banker.az xəbər verir ki, “BirKart BOKT”un nizamnamə kapitalı 725 000 manat, 11.9% artırılıb.
Bununla da “Kapital Bank”a məxsus olan bu BOKT-un nizamnamə kapitalı 6 790 000 manata çatdırılıb.
Bununla da son bir ildə dörd dəfə kapital artımı qərarına gəlinib və 5 260 000 manat (4.4 dəfə) artırılmışdır.
Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.