“Kapital Bank” ASC-nin məhsullarından biri olan “Kapital depoziti”də faiz dərəcəsi endirilib.
Bu barədə Banker.az-a Bankın saytından məlumat daxil olub.
Belə ki, “Kapital Bank” bu depozitlərin aylıq ödəniş üzrə fazi dərəcəsini 1% endirərək 7%(12 aylıq), 7,5%(18 aylıq), 8%(24 aylıq) 8,5%(36 aylıq) həddində müəyyən olunub.
Qeyd edək ki, Kapital Bank-ın bu depozit məhsulunun faizlərin müddətin sonunda ödənişi faizləri hazırda 7,5%(12 aylıq), 8%(18 aylıq), 8,5%(24 aylıq) 9%(36 aylıq) təşkil edir.