5 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank”ın dollar istiqrazları üçün 104 investor müştəri çıxdı!

17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin AZ2008005152 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 35 milyon ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 7 il , nominal dəyəri 100 ABŞ dolları olan istiqrazların yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilmişdir.

Banker.az-a bu barədə BFB-dən məlumat daxil olub.

İstiqrazların illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü isə rüblük  (hər 90  təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) təşkil edir.

Hərrac qiyməti 100 ABŞ dolları olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,000,000 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 35,000,000 ABŞ dolları təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17 aprel 2031-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir..

Son xəbərlər
Digər xəbərlər