01.01.2026-ci il tarixinə “Kapital Bank”ın işçi sayı 5765 nəfər təşkil edib.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
01.01.2025-ci il tarixində bankda 5 586 nəfər işçi olub ki, bu da illik müqayisədə işçilərin sayının 179 nəfər və ya 3.2% artması deməkdir.
Bankın işçi sayı 1 aprel 2025-ci ildə 5654 nəfər, 1 iyul 2025-ci ildə isə 5724 nəfər, 1 oktyabr tarixində isə 5768 nəfər olub.






