01.01.2025-ci il tarixinə “Kapital Bank”ın işçi sayı 5586 nəfər təşkil edib.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
01.01.2024-cü il tarixində bankda 5 309 nəfər işçi olub ki, bu da illik müqayisədə işçilərin sayının 277 nəfər və ya 5.2% artması deməkdir.
Bankın işçi sayı 1 oktyabr 2024-cü ildə 5 496 nəfər, 1 iyul 2024-cü ildə isə 5 388 nəfər, 1 aprel tarixində isə 5447 nəfər olub.