Azərbaycanda ödəniş bazarında “MilliÖn” ticarət nişanı altında fəaliyyət göstərən “Komtec LTD” MMC-nin icraçı direktoru dəyişib.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, iyul ayından etibarən Pünhan Nərimanov, şirkətin icraçı direktoru təyin edilib. Buna qədər şirkətin icraçı direktoru vəzifəsində Teymur Cəfərov idi.
P.Nərimanov 2020-ci ilin martından 2021-ci ilin iyuluna qədər “Kapital Bank” ASC-nin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin direktoru, ondan öncə isə bu bankın Xəzinə departamentinin direktoru idi.
P.Nərimanov İspaniyada IE Biznes məktəbində MBA dərəcəsinə yiyələnib.
2008-ci ildə təsis edilmiş “Komtec Ltd” Azərbaycanda elektron ödəniş sistemləri üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 22 000 manatdır.