Azərbaycanın ən böyük banklarından olan Kapital Bank 2017-ci ilin 2-ci rübünün sonuna dair hesabatlarını açıqlayıb.
Hesabatlara əsasən bankın aktivləri artaraq 3.1 mlrd. manata çatıb. Ötən ilin sonuna aktivlərin həcmi 2.9 mlrd. manat təşkil etmişdir. Hazırda bankın kapitalı təxminən 272 mln. manata bərabərdir.
Bankın bu ilin 2 rübü üzrə ümumi faiz gəlirləri 132 mln. manat, xalis mənfəəti isə 40 mln. manata bərabər olub.