26 aprel 2023-cü il saat 11.00-da Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda, bankın ofisində (3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi:
I.“Kapital Bank” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi məsələsi haqqında.
Məruzəçi: Yaşar Məmmədov.
II. “Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.
Məruzəçi: Ələkbər İsmayılzadə.
III. Digər məsələlər.
Məruzəçi: Yaşar Məmmədov.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə 2023-cü il aprelin 26-dək aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.