25 C
Baku
Sunday, October 6, 2024

“Kapital Bank”ın rəhbərinə müşavir təyin edilib

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və ya Baş icraçı direktorun data transformasiyası üzrə müşaviri təyin edilib.

Banker.az xəbər verir ki, bu, Mehti Aslanovdur.

M.Aslanov 2023-cü ilin fevralında “Kapital Bank” ASC-də baş data inzibatçısı kimi təyin edilmişdi.

O bankdan öncə, 2020-ci ilin avqustundan 2023-cu ilin fevralına qədər “PASHA Holding”in baş data inzibatçısı idi.

Bundan öncə isə “Bank of America”, “Goldman Sachs” və “Deutsche Bank” kimi dünyaca banklarda çalışıb və təcrübə toplayıb.

 

Son xəbərlər
Digər xəbərlər