4 C
Baku
Monday, February 26, 2024

Kapital Bankın sədr müavini manatdan danışdı

“Son 3 ayda manatın məzənnəsi sabitləşib. Hal-hazırda məzənnə tələb-təklif əsasında formalaşır”.

Bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) “Kapital Bank”ın İdarə Heyətinin sədr müavini Fərid Hüseynov deyib.beaf96bffa9c02c2131790eb49edffd3

Onun sözlərinə görə, devalvasiya nəticəsində manat dəyərdən düşüb. “Depozit və əmanətlər üzrə dollarlaşma artıb. Buna baxmayaraq, sənaye daha stabil istiqamətdə davam etməyə başlayıb”, – deyə F. Hüseynov qeyd edib.

F. Hüseynov “Kapital Bank” haqqında ümumi məlumatlar da verib: “Bankın ümumi aktivləri 2,3 milyard manat, ümumi kapitalı isə 247 milyon manat təşkil edir. Hal-hazırda ”Kapital  Bank” 2,7 milyon müştəri bazasına malikdir. Ölkə daxilində 90 filialımız var. “Kapital Bank” ölkənin bütün regionlarında təmsil olunan bankdır”.

APA

Son xəbərlər
Digər xəbərlər