25 C
Baku
Saturday, July 27, 2024

“Kapital Bank”ın səhm paketləri satılıb

“Bakı Fond Birjası” QSC-də (BFB) “Kapital Bank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb.

Banker.az bildirir ki, BFB-yə istinadən bildirilir.

Məlumata görə, əqdlər Bankın hər birinin nominal dəyəri 12,39 manat olan 126, 70 və 10 ədəd səhminin (2 552,34 manatlıq) realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızlar təkrar bazarda əldə edilib. Onları alan və satan tərəflər açıqlanmır.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. “PAŞA Holdinq” MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 225,85 mln. manatdır. Səhmlərin 99,9%-i adı çəkilən holdinqə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər