17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“Kapital Bank”ın səhmdarlarına divident ödəniləcək

Screen Shot 2021 09 02 at 14.34.20

1 aprel 2021-ci il saat 11.00-da “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az bunu Bankın açıqlamasına istinadən xəbər verir.

Yığıncağın gündəliyinə:

  1. “Kapital Bank” ASC-nin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması;
  2.  Bank tərəfindən 2020-ci il maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi;
  3.  2021-2023-cü illər üçün strateji baxış, missiya bəyanatı, o cümlədən onun əsasında strateji plan layihəsi;
  4. “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi;
  5.  Digər məsələlər daxil edilmişdir.

Xatırladaq ki, bank 2020-ci il ərzində 302 milyon 698 min manat həcmində xalis mənfəət edib. Hazırda balansında 354 milyon 19 min manat bölüşdürülməmiş mənfəət var.

“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245,85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər