Mayın 18-də, saat 11.00-da “Kapital Bank” ASC-nin Füzuli küç.,71 ünvanında yerləşən baş ofisində Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yığıncağın gündəlyinə “Kapital Bank”ın 2015-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması və Bank tərəfindən 2015-ci il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi məsələsi daxil edilib.
©Report







