Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC elan verib ki, 31 mart 2023-cü il tarixdə səhmdarların növbəti ümumi yığıncağı keçirləcək və onları həmin iclasa dəvət edib.
Banker.az bunu Bankın baş icarçı direktoru, yaxud İdarə Heyəti sədrinin elanına istinadən xəbər verir.
“Kapital Bank”ın səhmdarlarının iclasının gündəliyinə 2022-ci ilin yekunlarına dair maliyyə hesabatının təsdiqi, ötən ilin maliyyə yekunlarına əsasən dividend ödənilməsi, bankın nizamnaməsinə yeni redaksiyada təsdiq edilməsi məsələsi və digər məsələlər daxil edilib.
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.
“Kapital Bank” ASC 2022-ci ildə 308 mln. manat xalis mənfəət əldə etdiyini açıqladı. Bu xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəət 517.82 mln. manata yüksəlib.