“Kapital Bank” ASC-nin 26 aprel 2023-cü il saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçirilməsi nəzərdə tutulan səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınmışdır.
Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 4 may 2023-cü il saat 11.00-da, bankın Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
I. “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi məsələsi haqqında.
II. “Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.
III. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə 2023-cü il mayın 4-dək https://kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış ola bilərlər.