12 C
Baku
Tuesday, May 7, 2024

“Kapital Bank”ın səhmlərinə 63 investor müştəri çıxdı – Nizamnamə kapitalı 8% artırıldı

22-27 dekabr 2022-ci il tarixlərində ticarətə buraxılan “Kapital Bank” ASC-nin nominal dəyəri 12.39 manat olan AZ1003005159 dövlət qeydiyyat nömrəli, 19,999,999.95 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşmışdır.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Abunə yazılışı zamanı anderrayterə 63 investor tərəfindən 12.39 manat qiymətindən 66 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 19,999,999.95 manat təşkil etmişdir.

Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 19,999,999.95 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, bankın hazırda nizamnamə kapitalı 245 849 999.85 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər